İllüziya: qeyri-adi zarafat [video]

İllüziya: qeyri-adi zarafat [video]

Videoya artıq 3 milyon adam baxıb.

Pepsi Max şirkəti London sakinlərini bir neçə saniyə "qeyri-adi” şeylərə: meteoritin düşməsinə, NUO-nun gəlməsinə, nəhəng dəniz ulduzunun hücumuna və s. inanmağa məcbur edib.

 Londonda avtobus dayanacaqlarının birində, Pepsi Max içkisinin reklamı göstərilən xüsusi ekran quraşdırılıb.

Şəffalıq effekti olan bu ekranda inanılmaz reklam çarxları göstərilir. Bu reklam çarxları yoldan keçənləri bir neçə saniyəlik inanılması mümkün olmayan bəzi hadisələrə şahidlik etməyə məcbur edir. Təəccüblənmiş insanlar az qala onların üstünə düşəcək meteoritdən qorunmaq üçün kənara atılırlar. Avtobus gözləyən sərnişinlər, insanları yerin altına çəkən nəhəng dəniz ulduzundan, zooparkdan qaçan pələngdən, qatil-robotdan və yadplanetlilərdən qorxurlar.  

Hər dəfə təəccüblənmiş insanlar reklam lövhəsinin arxasına baxaraq orda içkinin adını görürlər, amma o artıq ikinci dərəcəli maraq obyektidir. London sakinlərinin  baş verən inanılmaz hadisələrə reaksiyasını əks etdirən videoya artıq 3 milyon adam baxıb.


  • Müəllif: Guler
  • Tarix 26-03-2014, 15:09
  • Bölmə: Xəbərlər / Video
  • Baxılıb: 658
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac