Dünyanın ən bahalı briliantı tapıldı

DunyaTv.az Modern.az saytına istinadən xəbər verir ki, Cənub Afrikadakı bir mədəndə on milyonlarla dollar dəyərində olan çox nadir görülən 29.6 karatlıq briliant tapıldı.

Petra Diamonds şirkəti dünyanın ən çox axtarılan "fövqəladə" növdə bir briliant olduğunu açıqladı.

Şirkət cövhərin işləndikdən sonra karatının 2 milyon dollardan satışa çıxarılacağını bildirdi.

Ötən il eyni mədəndə tapılan 25.5 karatlıq briliant 16.9 milyon dollara satılmışdı.

2008-ci ildə tapılan və "Yusifin Ulduzu" adı verilən bir digər briliant isə 9.49 milyon dollara alıcı tapmışdı.

Qeyd edək ki, bu almazlar dünyanın ən nadir və ən qiymətli parçaları hesab olunur.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 26-03-2014, 16:52
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 832
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac