Xəzərdə itkin düşmüş balıqçılar xilas olunub


Xəzərin Azərbaycan sektorunda dünən itkin düşmüş balıqçılar tapılaraq sahilə çıxarılıb.
  DunyaTv.az Modern.az-a istinadən  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Rəsmi məlumatda bildirilir ki, martın 15-də FHN-in "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxmış və yanacağın bitməsi səbəbindən sahildən təqribən 70 km məsafədə köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət sularda xilasetmə xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin aviasiya dəstəsi tərəfindən açıq dənizdə köməksiz vəziyyətdə qalmış balıqçıların yeri müəyyənləşdirilib və onlar yanacaqla təmin edilib. Balıqçıların sahilə doğru hərəkəti aviasiya dəstəsi tərəfindən izlənilib. Əməliyyat saat 16:00-da başa çatıb.
  • Müəllif: Guler
  • Tarix 26-03-2014, 17:47
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 610
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac