Ailəni qorxudan nəhəng siçovul öldürüldü


38,23 sm uzunluğunda nəhəng siçovul ailəni qorxutmuşdu. O, evin beton divarlarını gəmirərək mətbəxi özünə "məkan" seçmişdi.
İsveçin paytaxtı Stokholmda yaşayan Benqtsson-Korsas ailəsi son günlər təlaş içində idi.
"Mətbəxdə siçovulun olduğunu pişiyimizin davranışından anladım. Pişik mətbəxə getmək istəmirdi. Oraya tələ qoydum. Gecənin bir aləmində bərk şaqqıltı səsi gəldi. Mətbəxə getdim və işığı yandıranda gördüyüm məni heyrətləndirdi. Tələyə pişik boyda siçovul düşmüşdü", - Siqne Benqtsson-Korsas deyib.
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, Stokholmun şimal-qərbindəki Solna səmtindəki bu evdə nəhəng siçovulun olduğunu hamıdan əvvəl pişik Enok hiss edib.
"Siçovul o qədər böyük idi ki, tələyə düşəndən sonra qaçaraq qabyuyan maşının arxasında gizlənmişdi. Hələ belə gəmirici görməmişdim", - Siqne söyləyib.
  • Müəllif: Guler
  • Tarix 27-03-2014, 10:54
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 816
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac