dunyatv.az
CANLI YAYIN

Azərbaycanın futbol yığması bu gün qırğızlarla oynayacaq

19-11-2013, 11:48

Azərbaycanın futbol yığması bu gün qırğızlarla oynayacaq


Stadionda işıq olmadığı üçün oyun günorta keçiriləcək.

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşündə Qırğızıstan millisi ilə üz-üzə gələcək.

Dunyatv.az Oxu.Az-dan istinadan xəbər verir ki, bu, komandanın 2013-cü ildə son oyunu olacaq.

Yığma komandamız indiyədək Qırğızıstanla bir dəfə - 2007-ci ildə qarşılaşıb. Beynəlxalq turnir çərçivəsində baş tutan oyun millimizin mimimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, oyun günorta vaxtı – saat 13:00-da baş tutacaq. Qırğız tərəfi matçın belə erkən vaxta keçirilməsinin səbəbi kimi stadionda işqılandırma sisteminin olmamasını göstərir.


Oxunub: 1 001

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.