Özünü öldürən polislə bağlı daha bir məlumat

Özünü öldürən polislə bağlı daha bir məlumat

 

"Həsənov dispanserdən qaçan ruhi xəstələrə görə intihar etməyib”.

Azərbaycan DİN-nin İdarədənkənar mühafizə idarəsinin əməkdaşı, 35 yaşlı Rəşad Həsənovun özünü öldürməsinin səbəbləri bəlli olub. 

Dunyatv.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Xətai rayon Polis İdarəsindən bildiriblər.

Xatırladaq ki, noyabrın 15-də Neapol prospektində 43 saylı evin 5-ci mərtəbəsindən Sabunçu rayon Maştağa qəsəbəsindəki 1 saylı Ruhi psixiatriya xəstəxanasında mühafizəçi çalışan Rəşad Həsənov özünü atıb. 

Yerli KİV Həsənovun intiharını cinayətdə ittiham olunan, xəstəxanaya məcburi müalicəyə göndərilmiş dörd şəxsin qaçışı ilə əlaqələndiriblər. Guya qaçış R.Həsənovun növbəsində baş verib.

Lakin Xətai RPİ-dən qeyd ediblər ki, bu məlumat həqiqətə uyğun deyil. Təhqiqat zamanı müəyyənləşdirilib ki, Həsənovun ailəsində problemlər yaranıb, həyat yoldaşı ilə münasibətləri pozulub.

Bununla əlaqədar Həsənovun yoldaşı boşanmaq üçün Xətai rayon məhkəməsinə ərizə verib. Həsənov həyat yoldaşı evdə olarkən özünü öldürüb. O, balkona çıxıb və yerə atılıb.

Faktla bağlı araşdırma davam edir.

 

  • Müəllif: Pervin_M
  • Tarix 20-11-2013, 11:34
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 564
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac