dunyatv.az
CANLI YAYIN

Yeni Messi gündəmdə - VİDEO

22-11-2013, 12:13

Yeni Messi gündəmdə - VİDEO

 
Dunyatv.az xəbər verir ki, Ölkəsində Borlioche komandasında oynayan Gabriel Nancufil , Möhtəşəm keçidləri ilə və atdığı qollarla 'Yeni Messi "elan edildi. Bu qabiliyyətdən sonra dərhal Chelsea , M. United , Barcelona , R.Madrid M.City , Milan və A.Madrid klubları transferi reallaşdırmaq üçün bir-biriylə yarışmağa başladı.
 
Lionel Messinin dünya futbolunda yaratdığı möhtəşəm təsirin ardından bir çox klub Argentinalı bazarında kiçik qabiliyyətlərin arxasına düşdü. Bu bazarın ən son məhsulu isə Gabriel Nancufil oldu. Ölkəsində Borlioche klubunun kiçik komandasında forma geyən Nancufil hələ 8 yaşında olmasına baxmayaraq qabiliyyətləri ilə bir çox klubun diqqətini çəkməyi bacardı. Möhtəşəm keçidlər, yaşıdlarına görə sürəti və atdığı qollarla Argentina mətbuatı tərəfindən 'Yeni Messi ' elan edilən Nancufil üçün İspaniyadan Barcelona , Real Madrid , Atletico Madrid , İtaliyadan Milan ilə İngiltərədən Chelsea , Manchester United və Manchester City transfer yarışına girmiş vəziyyətdə. İnternetdə videoları izlənilmə rekordları qıran Gabriel Nancufil üçün danışan Borlioche klubunun səlahiyyətliləri , "Onda çox xüsusi bir şeylər olduğunun fərqindəyik. Bir çox klubun transfer üçün sırada gözlədiyi qulağımıza gəlir. Lakin bu an üçün bizə gələn bir təklif yoxdur . Lakin bir gün bu təkliflərin gələcəyini biz də bilirik " ifadəsini istifadə etdi.
 
Gabriel Nancufil`nin YouTube`dəki videosun sizlərə təqdim edirik.
 

 


Oxunub: 845

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.