dunyatv.az
CANLI YAYIN

Bugün Sumqayıt şəhərinin yaranmasından 64 il ötür.

22-11-2013, 23:55

Bugün Sumqayıt şəhərinin yaranmasından 64 il ötür.

 


Bugün Sumqayıt şəhərinin yaranmasından 64 il ötür.

Sumqayıt Bakıdan sonra Xəzər dənizi sahillərində yerləşən ən böyük şəhərdir. 22 noyabr 1949-cu ildən respublika tabeli şəhər olub. Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, sülh şəhəri, kimyaçılar şəhəri, komsomol şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.

Sumqayıt Azərbaycanın Sənaye şəhəri kimi tanınır. Sənaye şəhəri kimi Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdi. 1947-1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi.
Bu gün Sumqayıt şəhəri yalnız sənaye şəhəri kimi deyil, bir çox sahələr üzrə də inkişaf edib. 
Sumqayıtın ad günü münasibətilə şəhər sakinlərini təbrik edirik.

 


Oxunub: 2 110

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.