Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara bəd xəbər

Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara bəd xəbər

 

Araşdırmalar aparılacaq.

Müdafiə naziri Zakir Həsənov xəstəlik adı ilə ordudan yayınanlarla bağlı qərar verib.

Dunyatv.Az Qaynar.info-ya istinadən xəbər verir ki, nazir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürmək qərarına gəlib.

Hətta bununla bağlı nazirlikdə xüsusi komissiya yaradılıb.

Bildirilir ki, "xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyatı qurumlarda araşdırmalar aparılacaq.

Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq.

Komissiyaya kimin rəhbərlik edəcəyi hələ ki, bəlli olmasa da, həmin şəxsin adının yaxın günlərdə açıqlanacağı bildirilir.

 

  • Müəllif: Pervin_M
  • Tarix 23-11-2013, 10:30
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 2 199
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac