Sarkisyan İlham Əliyevlə görüşündən danışdı

Sarkisyan İlham Əliyevlə görüşündən danışdı


Azərbaycan Prezidenti ilə görüş çox güman ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu cümə günü Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə deyib.

"Vyanada Azərbaycan Prezidenti ilə görüşü necə qiymətləndirirsiniz və danışıqlar prosesində müəyyən irəliləyiş barədə danışmaq olarmı" sualını S. Sarkisyan belə cavablandırıb: "İrəliləyiş barədə danışmağa çətinlik çəkirəm, lakin görüşdən sonra mənim görüşü necə qiymətləndirməyim barədə verilən suala qısa cavab verdim: normal. Doğurdan da normal qiymətləndirirəm, O baxımdan normal ki, bu görüş çox güman ki, danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Təqribən iki il idi ki, görüşmürdük, bu isə o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı".

S. Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfində problemi həll etmək arzusunu görüb və özü də ən qısa müddət ərzində münaqişənin həllində maraqlıdır: "Hər şey tərəflərin bu məsələni hansı şərtlərlə həll edəcəyindən asılı olacaq".

S. Sarkisyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə dekabrın əvvəlində dövlət başçılarının yeni göstərişləri əsasında danışıqlar mərhələsini başlamaq tapşırığı verilib: "Dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir"

  • Müəllif: Pervin_M
  • Tarix 23-11-2013, 11:29
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 774
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac