DƏHŞƏT: - Bakıda 14 yaşlı qız zorlandı

 


Evdən qaçan qız qeyri-ənənəvi yolla təcavüzə məruz qalıb

Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları həyəcan təbili çalırlar. Son vaxtlar çox sayda yeniyetmə qızlar azadlıq və müstəqillik axtarışı adı altında evdən qaçırlar. Lakin bunun əvəzinə küçədə zorakılıq və amansızlıqla qarşılaşırlar. Bakının Xəzər rayonunun Polis İdarəsindən verilən məlumata görə, 22 gün əvvəl Binə qəsəbəsində 14 yaşlı S.V. (adı etik səbəblərdən açıqlanmır) itkin düşüb.

Qızın valideynləri bu barədə rayonun 1-ci polis bölməsinə bildiriblər. Noyabrın 21-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8-ci sinif şagirdi Bakının Səbayıl rayonu ərazisində tapılıb. Məlum olub ki, qız azadlıq hissini dadmaq üçün evdən qaçıb.
Lakin ilkin araşdırma zamanı məlum olub ki, S.V. gecə saat üç radələrində Səbayıl rayonundakı kafelərdən birinin ayaqyolunda qeyri-ənənəvi yolla zorlanıb. Buna görə də, qaçqın qız evə qayıtmağa qorxub. Bundan başqa, əməliyyatçılar zorlamaqda şübhəli bilinən 22 yaşlı gənci də tapıblar və məktəbli onu tanıyıb. Lakin saxlanılmış şəxs günahını etiraf etmir.

"Dəhşətli bir şey baş verir. Ailə dəyərləri itib. Uşaqlar evdən qaçırlar. Valideynlər uşaqlardan uzaqlaşır, onların tərbiyəsi ilə məşğul olmurlar, fəlakət gələndə isə başlarını tuturlar” – deyə, 1-ci polis bölməsindən bildiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır. Yetkinlik yaşına çatmayan qızın 20 gün ərzində nə ilə məşğul olması araşdırılır.
  • Müəllif: Asef
  • Tarix 24-11-2013, 11:40
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 864
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac