Diqqətli olun: Facebook-da yeni virus yayılır

 

Dünyanın ən nəhəng sosial şəbəkəsində yeni virus yayılıb.

Dunyatv.Az Day.Az-a istinadən bildirir ki, Facebook istifadəçisi avtomobilin kapotunun üstündə oturmuş iki şəxsin şəkli ilə müşayiət olunan polşa saytına hiperlink görür. Həmin hiperlinkin başlığı polyak dilindən tərcümədə belə səslənir: "Müəllim tələbə ilə sevişərkən yaxalandı. İş üzrə istintaq başlanıb (video)". Bu yazıya klikləyən istifadəçi virusun qurbanı olur. 

"Kasperski Laboratoriya"sının mütəxəssisləri deyirlər ki, virus aşağıdakı qaydada işləyir: virusa "yoluxmuş" Facebook istifadəçisinin dostları xəbər lentində onun bəyəndiyi saytı görürlər. Dostlardan kimsə həmin xəbərə klikləyən zaman yeni qurban üçün polyak dilində səhifə açılır. Bu səhifədə skript var, o, istifadəçinin xəbəri olmadan "layk"lar edir və virus daha da yayılır. Eyni zamanda istifadəçiyə 2,46 zlotı ödəyib SMS göndərmək müqabilində videoya baxmaq təklif olunur. 

Əvvəllər eyni fırıldaq runetdə də fəaliyyətdə idi. 

  • Müəllif: Pervin_M
  • Tarix 24-11-2013, 11:43
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 603
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac