Bakı sakininin mənzilində meyiti tapıldı

 

Bakıda mənzildə meyit aşkarlanıb

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış 1987-ci il təvəllüdlü Samir Tahir oğlu Süleymanov hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
 
Həkimlər tərəfindən aparılmış ilkin müayinə zamanı S.Süleymanovun vəfat etdiyi müəyyən edilib.

 

  • Müəllif: Asef
  • Tarix 25-11-2013, 10:50
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 718
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac