Azərbaycanda daha bir ana doğuş zamanı öldü

Azərbaycanda daha bir ana doğuş zamanı öldü

Həkimin sözlərinə görə, qadının səhhətində heç bir ciddi problem olmayıb.

Dunyatv.Az APA-ya istinadən xəbər verir ki, Göyçayda doğuş zamanı ölən qadının uşağını xilas etmək mümkün olub.

Doğuşu aparan mama-ginekoloq həkim Zəhra Salmanova açıqlamasında bildirib ki, hamilə qadın Xəyalə Quliyeva hamiləliyinin 9 ayı ərzində həkim nəzarətində olub. O doğuşdan əvvəl də təkrar müayinədən keçərək doğuşa götürülüb.

Həkimin sözlərinə görə, qadının səhhətində heç bir ciddi problem olmayıb, sadəcə 46 faiz qan azlığı müəyyən olunub. "46 faiz qan azlığı ölümə səbəb ola bilməz. Hətta 26 faiz qan azlığı olan hamilə qadınlarda doğuş normal keçirilir. Ölümün səbəbi mənim üçün də müəmmalıdır”, deyə Zəhra Salmanova qeyd edib.

Həkim Zəhra Salmanova qeyd edib ki, doğuş başa çatan zaman qadında boğulma və qıcolma halları baş verib. Dərhal reanimotoloqlar çağırılıb, qadına qan köçürülüb və digər xilasetmə tədbirləri görülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, ananın həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, uşağı xilas etmək mümkün olub, hazırda o həkim nəzarətindədir. Ölümün səbəbi hələlik müəyyən olunmayıb. Meyit tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticələri əldə olunandan sonra ölümün dəqiq səbəbləri müəyyən olunacaq.

**** 20:11

Azərbaycanda növbəti dəfə doğuş zamanı ana və bətnindəki körpəsi dünyasını dəyişib. Göyçay Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 19:00 radələrində xəstəxananın doğum şöbəsində baş verib.

Doğuş zamanı Göyçay şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 14-də yaşayan 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı və bətnindəki qız övladı dünyasını dəyişib. Mərhum X. Quliyeva ötən il Qəbələ şəhərindən Göyçay rayonuna gəlin köçüb və bu, ilk doğuşu olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində gedib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

  • Müəllif: Asef
  • Tarix 25-11-2013, 11:18
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 912
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac