Noyabrın 28-də Azərbaycanda havanın temperaturu 8 dərəcəyədək enəcək

 

 

 

 

Noyabrın 28-də Azərbaycanda havanın temperaturu 3-8 dərəcəyədək enəcək.

 

 

Trend informasiya agentliyinin məlumatına görə, yaxın iki gün ərzində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək.

Respublikanın rayonlarında noyabrın 26-da və 27-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman, zəif çiskin müşahidə ediləcəyi ehtimalı var. Əsasən mülayim cənub istiqamətli külək əsəcək.

Yaxın iki gün ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-17, Aran rayonlarında 14-19, dağlıq ərazilərdə 10-14 dərəcə isti olacaq.

Noyabrın 27-dən 28-nə keçən gecə respublikanın bəzi qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir. Noyabrın 28-də gün ərzində artıq respublikanın bəzi rayonlarında yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Noyabrın 27-nə nisbətən noyabrın 28-də havanın temperaturu 3-8 dərəcə enəcək.

Temperaturun enməsi nəticəsində noyabrın 28-də rayonlarda şaxtalı havanın olacağı gözlənilmir və həmin hava payız fəsli üçün xarakterik olacaq.

  • Müəllif: Fugen
  • Tarix 25-11-2013, 15:44
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 696
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac