dunyatv.az
CANLI YAYIN

"Hətta narkoman avtobus sürücü aşkar olunub" - Nəqliyyat Nazirliyi

26-11-2013, 12:18

"Hətta narkoman avtobus sürücü aşkar olunub" - Nəqliyyat Nazirliyi

 
Son vaxtlar Azərbaycanda avtobusların iştirakı ilə yol-nəqliyyat hadisələrinin artması ilə əlaqədar xəttində ölüm və ya xəsarət baş verən sahibkarlardan həmin reys geri alınaraq, digərinə veriləcək.

Bu barədə APA-ya məlumat verən Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib ki, bununla bağlı nəqliyyat naziri Ziya Məmmədov xüsusi tapşırıq verib: "Keçən il 124 saylı avtobusla baş verən qəza ilə əlaqədar geniş müşavirə keçirilib. Bu sahədə böyük pərakəndəliyin olduğu aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu tədbirlər indi də davam etdirilir, hazırda avtobus marşrutlarının sayı 310-dan 172-yə endirilib. Lakin qəzalar yenə də baş verir".

Onun sözlərinə görə, problemlə bağlı Nazirliyin müvafiq strukturlarına noyabrın sonuna qədər gündəlik monitorinqlərin aparılması tapşırılıb.

"Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, 217 sürücüdə "D" kateqoriyası, 131 sürücüdə isə, ümumiyyətlə, sürücülük vəsiqəsi olmayıb. Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi birgə monitorinqlər aparır. Apardığımız reydlər nəticəsində hətta narkoman sürücü belə aşkar olunub. Vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olan sahibkarlarla müqaviləmizə xitam vermək hüququmuz var və biz bu hüququmuzdan istifadə edirik. Amma eyni zamanda, vətəndaşların da məsuliyyətli olmasını istəyirik. Bu cür sürücülərə görə sahibkarlar özləri məsuliyyət daşıyacaqlar", - deyə N.Həsənov bildirib.

Nazirliyin sözçüsü etiraf edib ki, bu cür sürücülərə cərimə ilə də təsir göstərmək mümkün deyil. N.Həsənov hesab edir ki, bu məqsədlə tətbiq olunan cərimələr artırmalıdır: "Məsələn, indi 50 manat nəzərdə tutulan cərimə 1000 manat təşkil etməlidir. Təəssüf ki, bizdə cərimələr aşağıdır. Lakin cərimələrin artırılması ilə bağlı öz təkliflərimizi irəli sürmüşük və onlara baxılacağına ümid edirik".


Oxunub: 1 087

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.