dunyatv.az
CANLI YAYIN

10 yaşında ana oldu

26-11-2013, 12:26

 

İstanbulda xəstəxanalardan birində qəribə hadisə yaşanıb.

Belə ki, dünən axşam saat 21.00-da xəstəxanaya gətirilən H.Ç. təcili doğuma aparılıb. Normal doğuşla oğlan uşağı dünyaya gətirib. Lakin həkimlər bir qəribəlik olduğunu hiss edib.

Ana H.Ç-nın doğum tarixi 05.01.2003 idi. Yəni 10 yaşlı uşaq ana olmuşdu. Həkimlər dərhal polisə xəbər verib. Tərcüməçinin köməyi ilə Türkcə bilməyən ananın ifadəsi alınıb.

H.Ç. öz razılığı ilə evləndirildiyini və heç kimdən şikayətçi olmadığını deyib. Lakin o, "Habertürk”ün müxbirinə hər şeyi danışıb:

"Mardində atam ikinci dəfə evlənib və mən doğulmuşam. 8-i qız olmaqla 14 uşağıq. Heç mənim doğum haqqında şəhadətnaməm olmayıb. Məktəbə getməmişəm. Keçən il böyük qardaşım evləndi.

Ənənəyə görə mən də gəlinin qardaşı ilə evlənməli idim. S.Ç. çoban idi, 23 yaşı var idi. Gəlinlik geyindim, toy oldu. Dolanışığa görə əvvəlcə Bursaya getdik, bir ay əvvəl isə İstanbula gəldik. Ərim bir fabrikdə iş tapdı”.

"10 yaşlı kimi görünürəm?”

"Hamilə olduğumu 5-ci ayda hiss etdim. Heç həkimə getmədik. Həqiqi yaşımı bilmirəm, amma anam "18 olar” deyir. Mən 10 yaşlı kimi görünürəm? Atam qeydiyyatımı etməyib, ona görə bilmirəm”.

Ər: Məni də aldatdılar

Özünü müdafiə edən S.Ç. isə bunları deyib:

"19 yaşı olduğunu dedilər. Atası günahkardır. Bu hadisənin cinayət olduğunu bilmirdim.

Muxtarlıqda qeydiyyatdan keçəndə şəhadətnaməni gördüm. Atasına zəng etdim. "19 yaşı var, şəhadətnaməni gec alıb” dedi. Məhkəməyə müraciət edib düzəltmək istədim.

Amma cəzası olar deyə etmədim. Məni həbs etsəydilər arvadım və uşağıma kim baxacaqdı? Sümük testi istəyəcəyəm.

19 yaşlı qız kimi görünür. Burada bir günahkar varsa atasıdır. Biz zorla evlənməmişik”.(publika.az)

 
 


Oxunub: 741

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.