dunyatv.az
CANLI YAYIN

İnsana zərərli ərzaqlar - SİYAHI

26-11-2013, 12:57

 

Dunyatv.az Rusiya mətbuatına istinadən insan sağlamlığına zərərli olan qidaların siyahısını təqdim edir.

 

Qazlı içkilər

Qazlı içkilərin tərkibində 100 l mayeyə 10 q şəkər düşür. Bu, şəkərli diabet və piylənmənin inkişafına səbəb olur.

 

Donuz əti

Donuz əti qanda xolesterinin miqdarını artırır və beləliklə ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

 

Şirniyyat

Tərkibindəki şəkərin yüksək həddi, əlavə duz və konservantlar səbəbilə şirniyyatlar çox təhlükəlidir.

 

Bərk pendirlər

Bərk pendirlərin tərkibində yağın miqdarı çoxdur. Məsələn, isveçrə pendirində onun qədəri 50%-dir. Ümumiyyətlə, yüksək fermentli pendirlərdə xolesterinin miqdarı çoxdur.

 

Çörək

Alimlər süfrədə çörəyin olmasına qarşı çıxırlar. Məsləhət görürlər ki, hətta qara çörək də yeyilməsin. Ağ çörəkdən isə danışmaq belə istəmirlər – o, ən ucuz un məhsuludur və daha təhlükəlidir, deyirlər.

 

Kartof

Qızardılmış kartof daha təhlükəlidir, çünki tərkibindəki kalorinin miqdarı həddən artıqdır. Yaxşı olar ki, suda bişmiş kartof, heç bir əlavəsiz yeyilsin. Bunu sevməyənlərə bir qədər zeytun yağı istifadə etməyə "icazə verilir”.

 

Makaron

Makaronların "düzgün olmayan” növləri orqanizmdə tez bir zamanda artıq çəki yaradır.

 

Yarımfabrikatlar

Bunlardan tamamilə imtina etmək lazımdır. Onlarda nitrit və nitratların sayı çoxdur. Bu maddələr isə kanserogen, yəni xərçəngtörədici hesab olunur.

 

İdeal meyvə-tərəvəz

Böyük marketlərdə alış-veriş edərkən uzaqdan "gəl-gəl” deyən portağal boyda qırmızı, sarı, yaşıl bibərlər, hamar, eyni ölçüdə almalar, bir dənə də olsun nöqtəsi olmayan iri pomidorlar, hamısı bir uzunluqda olan xiyarları görümüsünüz, yəqin. Bax belə ideal görünüşlü meyvə-tərəvəzdən uzaq durun. Çünki potensial kanserogen daşıyıcılarıdır.

 

Qızartmaq üçün zeytun yağı 

Zeytun yağını 40 dərəcədən artıq qızdırmaq olmaz. Əgər nəyisə qovurmaq, qızartmaq istəyirsinizsə, palma, yaxud üzüm çərdəyinin doymamış yağından istifadə edin. Təbii ki, tapsanız.

 

 

 


Oxunub: 1 292

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.