dunyatv.az
CANLI YAYIN

Sumqayıtı “tikə-tikə” gedirlər – REPORTAJ , FOTO

26-11-2013, 14:29


Dunyatv.az xəbərlə.com saytına istinadən xəbər verir ki, son vaxtlar Sumqayıtın ekoloji sferasında, şəhərsalma və arxitektura sahəsində ciddi problemlər gözə dəyir. Söhbət xüsusən Sumqayıtın xiyabanlarında (iki yol arasında) yeni obyektlərin tikilməsindən və bunun yaşıllığın - ağacların məhv edilərək həyata keçirilməsindən gedir.
Bəlkə də, Sumqayıtın üstün cəhətlərindən, gözəlliklərindən danışanda ilk adamın ağlına gələn onun dənizi və böyük yaşıllıq kütləsinə malik dənizkənarı parkı olur. Bəli, dəniz və park – bu ilk növbədə hava, oksigen deməkdir. Hamımız bilirik ki, Sumqayıt SSRİ dövründən sənaye, kimya şəhəri idi və doğrudan da, havası ölkəmizin digər şəhərlərinə nisbətən ağır olub. Eyni zamanda Sumqayıt yarımsəhra iqlim tipi hökm sürən Abşeron yarımadasının şimal hissəsində salındığından burada yenə sərinliyə, ağac kütləsinə böyük ehtiyac var. Sumqayıtı tikib-quranlar bunu nəzərə alıb şəhərin salındığı ərazidə böyük yaşıllıq kütləsi yaradıblar - minlərlə ağaclar əkiblər. O ağacların bir qismi, demək olar, elə şəhərlə həmyaşıddır. Sumqayıtda ağac kəsmək yox, indinin özündə həqiqətən də, ağac əkməyə böyük ehtiyac var. Sumqayıtda yaşıllığın - ağacların çox olması həm oksigen, həm gözəllik, həm də kölgəlikdir.

Həmişə qədirbilən sumqayıtlılar bu şəhəri qurub-yaradanlara həm də ona görə təşəkkür edir ki, küçələrini və meydanlarını geniş, park və xiyabanlarını bolluca salıblar. Sumqayıt bütün Azərbaycanda öz xiyabanları (iki yola arası) ilə məşhurdur. Çünki bu şəhərdə xiyabanlar piyadaların kütləvi hərəkəti istiqamətində, geniş küçələrdə yerləşdirilib. Sumqayıtlılar xiyabanları "alleyka” adlandırır. Bəli, hazırda Sumqayıtın bir sıra "alleyka”ları zəbt olunmaqdadır.

Xüsusən 5-ci mikrorayonla 45-ci məhəllənin arasında yerləşən və mərkəzi bazar istiqamətində uzanan xiyaban "xiyaban qiyafəsindən çıxma” təhlükəsi ilə qarşı-qarşıya qalıb. Bir neçə il öncə burada "RespublikaBank”ın və Qafqaz İnkişaf Bankının filiallarının, "Daimoni” və Gül Dükanının tikilməsi sakinlərin haqlı narazılığı ilə qarşılanmışdı. Bundan sonra bir müddət bu ərazilərdə obyektlər tikilmədi. Və budur, artıq adıçəkilən ərazidə işlər yenidən "fəallaşıb”.



Oxunub: 634

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.