Kosmosun gizli bombası: Yerə təhlükə yaxınlaşır

Kosmosun gizli bombası: Yerə təhlükə yaxınlaşır

 

 

 

 Krım astrofizika rəsədxanasının astronomları 400 metrlik asteroid aşkar ediblər. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, yeni aşkar edilən asteroid 2032-ci ildə Yerlə toqquşa bilər.

2013 TV135 adlandırılan kiçik planet ulduzlu səma fotolarının tədqiqi zamanı müəyyən edilib. Krımdan sonra bu asteroidi İtaliya, Britaniya və İspaniya mütəxəssisləri də görüblər.

Göy cismi potensial təhlükəli cisimlər siyahısına aiddir. Onun orbiti ilə planetimiz arasında minimal məsafə 1,7 milyon km-dir. 2032-ci ildə bu nəhəng cismin Yerlə toqquşmaq şansı 1/63 mindir. Bu ehtimal kifayət qədər yüksək hesab edilir.

Hazırda Yerlə toqquşmaq riski olan başqa bir asteroid də var. Bu 2007 VK184-dür. Onun yerə düşəcəyi təqdirdə baş verəcək partlayış 2,5 meqaton trotil ekvivalentində qiymətləndirilir
  • Müəllif: Asef
  • Tarix 17-10-2013, 10:24
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 993
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac