Tağı Əhmədovdan ANS-ə cavab gəldi

Tağı Əhmədovdan ANS-ə cavab gəldi

 

"ANS telekanalı əxlaqi zidd olan proqramları ilə camaatı pozur”.

ANS telekanalının Metropoliten rəhbəri Tağı Əhmədov barəsində yayımladığı sujetlərə qarşı Bakı Metropolitenindən kəskin cavab gəldi.

DunyaTv.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ANS-in Tağı Əhmədov haqda səsləndirdiyi ittihamlara cavab verib.

"Çox təəssüflər olsun ki, ANS telekanalında Tağı müəllim haqda həqiqəti əks etdirməyən fikirlər səsləndirilir. Müəllifin efir əxlaqına sığmayan fikirləri telekanalın necə səviyyəsiz olduğunu göstərir. Şəxsən mən Tağı müəllimin yerində olsaydım, düşünmədən onları məhkəməyə verərdim. ANS telekanalı Tağı müəllimi ittiham edir, amma özləri primitiv və əxlaqi dəyərlərə zidd olan şou proqramları ilə tamaşaçıların zövqünü korlayırlar”, - deyə, o bildirib.

Mətbuat xidmətinin rəhbəri ANS-in efirində gedən süjetdə Metropoliten rəhbərliyinin kart sisteminə keçiddən sonra gəlir depozitlərini qeyri-qanuni yolla mənimsəməsi ittihamına da aydınlıq gətirdi:  

"Onların ittihamı haqsız və məntiqsizdir. Yığılan vəsaitin istifadəsi qanuni yolla həyata keçirilir, amma onlar bizi sanki hüquq-mühafizə orqanının əməkdaşları kimi ittiham edirlər. Metropolitendə heç bir mənimsəmə halları baş verə bilməz. Buna tam əmin ola bilərsiz”.

Nəzakət Tarverdiyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin "28 may” metrostansiyasından mozaik pannosunun silinməsi və metro keçidlərində qəzet satışının qadağası məsələsinə də aydınlıq gətirdi:

"Tağı müəllimi "28 may” metrostansiyasından Rəsulzadənin mozaik pannosunun silinməsi məsələsində ittiham edirlər. Onlar başa düşməlidir ki, metrostansiya təmirdədir və təmir yekunlaşdıqdan sonra Rəsulzadənin adına yaraşan şəkildə bir abidə ucaldılacaq. Buna tam əmin ola bilərsiz.

  • Müəllif: Asef
  • Tarix 28-11-2013, 11:04
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 658
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac