Bakılılara şad xəbər: Tramvaylar qayıda bilər

Bakılılara şad xəbər: Tramvaylar qayıda bilər


Həyat tərzi  Paytaxt Bakıda tramvayların hərəkəti bərpa oluna bilər. Böyük Bakının regional inkişaf planında artıq bu məsələ öz əksini tapıb.

Mütəxəssislər hesab edirlər ki, tramvayların ölkədə yenidən bərpası hər baxımdan səmərəlidir. Çünki tramvayların istismarı zamanı benzindən deyil enerjidən istifadə edildiyindən xərc də az çıxır. Bu isə sakinlər üçün ucuz gediş haqqı deməkdir. Bundan başqa şəhərdaxili tramvaylardan istifadə ekoloji baxımdan xeyirlidir. Ekspertlər tramvayların yenidən bərpasını məqsəduyğun hesab edir.


Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerikada, İngiltərədə, Türkiyədə, həmçinin postsovet ölkələrində bu ucuz nəqliyyat növündən geniş istfadə olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrdə elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müasir tramvaylar da fəaliyyət göstərir. Zaman isə əleyhimizə işləyir. Avropa ölkələrinin bəzəyinə çevrilən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var.

Böyük Bakının regional inkişaf planı layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov iki milyon yarım əhalisi olan bir şəhərdə cəmi iki nəqliyyat növünün metro və avtobusların olmasını düzgün hesab etmir. Novruz Eldarov paytaxtda tramvay, metrobus, elektriklə işləyən qatarların zəruriliyni bildirib:

"Hər halda bir vaxtlar paytaxt küçələrinin atributuna çevrilən tramvayları yenidən görmək yaxşı olardı. Çünki hələ 1924-cü ildə Bakıda ilk dəfə istifadəyə verilən elektrik tramvay yolu 76-80 il sərnişinlərə xidmət göstərib. 2000-2004-cü illərdə isə tamamilə ləğv edilib".

 

  • Müəllif: Pervin_M
  • Tarix 28-11-2013, 11:07
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 730
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac