“Tanınmış iş adamlarından birindən ciddi evlilik təklif almışdım ..”

 

Afaq Aslan: "Amma sənətimdən ayrılmaq şərtilə”.

Son günlər ölkə mətbuatında haqqında daha çox danışılanlardan biri də müğənni Afaq Aslandı. Afaq Aslanla bağlı maraqlı məlumatlar əldə etdiyimizdən bu məlumatlarla bağlı Vətəninfo.az müğınni ilə müəyyən dəqiqləşdirmələr apardı.

-Bir müddət əvvəl mətbuata müsahibənizdə deyirdiniz ki,həyatınızda kimsə yoxdu.Məlumatlara görə, Afaq Aslanın ürəyinə yol tapan tapılıb?

Ürəyimə yol tapmaq istəyənlər çoxdur.Amma hələ ki, ürəyimə yaxın buraxa biləcəyim elə bir insan yoxdur ki, deyim hə,ona şans verməyi düşünərəm...

-Heç biri yaxınlaşıb demir ki,sizinlə tanış olaq və ya evlilik təklif etsin?


Çoxdur belə təkliflər.Evlilik təklifləri də çoxdur ... Amma mən heç bir təklifi dəyərləndirə bilmirəm.
-Afaq xanım bizdə olan məlumata görə,siz evliliyin bir addımlığından geri dönmüsünüz?

Sizdə hardandır bu məlumat?


-Qaynağımız sağlamdı?


Tanınmış iş adamlarından birindən ciddi təklif  almışdım ailə qurmaq üçün. Həmin insan mənə aşiq oldugunu və mənimlə ailə qurmaq istədiyini etiraf etdi.Amma bəzi səbəblərdən mən o insana şans vermədim və təklifini geri çevirdim.
-Deyilənə görə bu işə pəl vurulmasının səbəblərindən biri, sizin sənətinizi davam etdirmək israrınız olub?


Bəli elədir.Təklifini qəbul etməməyimin əsas səbəblərindən biri, məni səhnədən uzaqlaşdırmaq istəməsi olub.
-Sizə yaxın mənbələrimiz onu da bildirirlər ki, hətta sizə Türkiyədə də evlənmə təklifi olunub?  Bu şəxslə Türkiyə də olanda dəfələrlə rəfiqəniz Ebro Polatla birlikdə şam yeməyi belə yemisiniz?

Çox maraqli bir nüans var ki, mənim ürəyimə yol tapmaq, qəlbimi əldə etmək istəyən insanlar öz maddi durumlarına çox güvənərək qəlbimi ram etmək istəyirlər. Amma mənim ürəyim əşya deyil axı, hər aşiq olan insan qəlbimi pulla satın ala.Mən aşiq olmasam ,sevməsəm heç vaxt ailə qurmaq mövzusunda heç bir qərar verə bilmərəm. Istəyirəm ki, qarşıma elə bir insan çıxsın ki, mən ona ilk baxışdan aşiq olum. Mən maddiyat qarşısında yox, yalnız öz hislərim qarşısında, sevgim qarşısında ram ola bilərəm. Yoxsa məni əymək elə də asan iş deyil.

-Sizi Ebru Polatla şam yeməyinə dəvət edən şəxs də ram edə bilmədi?

 

Türklə həyatı boyu ailə qurmaram. Mən elə bir səhfə yol vermərəm.

-Amma evlənmə təklifi almısınız?


Öz kişilərimizə nə olub ki, türklərlə ailə qurmağı düşünüm? Təklif almışam.Amma qəbul etməyi əsla düşünnməmişəm.
-Deyirlər həyatınızla bağlı falçılara-baxıçılara tez-tez gedirsiniz.Bu nə dərəcə də düzdü?


Mən baxıcılara inanmıram. Azərbaycanda baxıcı adı altında insanları öz yalanlarına inandırmağa çalışan bir çox baxıcılar var. Amma belə bir söz də var ki, fala inanma faldan da qalma. Mən Azərbaycanda yeganə bir baxıcı var ki, ona hər zaman Azərbaycanın "vanqası” demişəm. Çünki o insanın ağzından çıxan hər kəlməsi olur. Amma indi isə hər yerindən duran fırıldaqçı özünə baxıcı adı qoyub insanları öz uydurduğu yalanlara inandırır.
-Yəni Falçıya gedirsiniz?


Yox getmirəm amma, getmişəm.
-Deyilənə görə-yaxında maşınınızı dəyişmək istəyirsiniz?


Bəli istəyirəm. Yeni ildə inşallah.
-Toylarda oxuduğunuz və əldə etdiyiniz gəlirdən vergi verirsinizmi?


Mən toylara getmirəm əzizim.
Niyə getmirsiniz?çağırmırlar, yoxsa özünüz  istəmirsiniz?


Hələ ki, getmirəm . Bir tərəfdən də özüm istəmirəm.

  • Müəllif: Asef
  • Tarix 28-11-2013, 11:16
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 1 259
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac