dunyatv.az
CANLI YAYIN

Azərbaycanda ağır yol qəzası – 6 nəfər öldü

16-09-2014, 13:34

 

Sentyabrın 14-də gecə saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində baş verən qəza zamanı xəsarət alanlardan daha iki nəfəri dünyasını dəyişib.

Dunyatv.az-ın APA-ya isdinadən verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu və onun 9 yaşlı qızı Fərqanə Alıyevanın həyatını xilas etmək mümkün olmayıb. Ata və qızı sentyabrın 15-də günün sonuna doğru dünyalarını dəyişiblər.

 

Xatırladaq ki, sentyabrın 14-də Ağcabədi rayonunda 4 nəfərin ölümü, 6 nəfərin yaralanmasıyla nəticələnən yol qəzası baş vermişdi. BMW, "Mercedes” və "Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində Kənan Alıyevin həyat yoldaşı Naibə Alıyeva və oğlu 7 yaşlı Fəqan Alıyev həyatlarını itirmişdi. Ailənin sağ qalan yeganə üzvü, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızının vəziyyətinin ağır olduğu bildirilir. 


Oxunub: 570

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.