dunyatv.az
CANLI YAYIN

Bakıda zavodda partlayış olub: ölən və yaralananlar var

16-09-2014, 14:06

 
 
"Baku Steel Company”də partlayış olub.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
 
Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır. 


Oxunub: 495

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.