dunyatv.az
CANLI YAYIN

İtini sevgilisinə yedirdi

16-09-2014, 14:13

 
 
ABŞ-ın Şimali Karolina ştatından olan kişi öz sevgilisine ev heyvanından şam yeməyi hazırladığı üçün həbs edilib.
 
Heyvanlara qarşı qəddar rəftarına görə 34 yaşlı Rayan Veytenpauf həbsxanaya salınıb. Lakin o, 250 dollar girovpulu ödəməklə azad oluna bilər.
 
Veytenpaufun keçmiş sevgilisinin polisə verdiyi məlumata görə, qadın dəfələrlə onu döyən sevgilisini tərk etməli olub. Onu evə qayıtmağa isə Ayı adlı iti vadar edib.
 
Bundan sonra sevgililər barışıb və Rayan sevgilisini şam yeməyinə dəvət edib. Heç nədən şübhələnməyən qadın şam yeməyinə öz sevimli itinin ətini yeyib. Qadın yeməyin dadının qeyri-adi olduğunu da vurğulayıb.
Yalnız bu zaman Rayan sevgilisindən Ayının ətinin xoşuna gəlib-gəlmədiyini soruşub. Təhqirə başlayan kişi itin pəncəsini qıza göndərəcəyini də deyib.
 
Rayan sözünə əməl edib. Axşam vaxtı qadın qapısının ağzından itin pəncələri olan kisəni tapıb.  
Polis bölməsində isə Veytenpauf iti öldürərək ondan şam yeməyi hazırlaması haqda xəbəri təkzib edib


Oxunub: 468

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.