dunyatv.az
CANLI YAYIN

Bakı metrosunda ölümün səbəbi məlum oldu

19-09-2014, 11:52

 
 
Daxili İşlər Nazirliyi Bakı metrosunda baş verən ölüm hadisəsilə bağlı məlumat yayıb.

Dunyatv.az saytının AZXEBER.COM-a istinadən verdiyi məlumata görə, metronun "Koroğlu" stansiyasında 62 yaşlı kişi ölüb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini Nazim Seyidbəyli olduğu məlum olub. Həm də, o da məlum olub ki, Nazim Seyidbəyli infarktdan ölüb.

Qeyd edək ki, ötən gün səhər saat 08:20 radələrində "Koroğlu” stansiyasında platformada dayanan sərnişinlərdən birinin vəziyyəti qəflətən pisləşib.

Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, vəziyyəti pisləşən şəxs 1953-cü il təvəllüdlü Nazim Ağakərim oğlu Seyidbəyli olub. Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Lakin həkimlər gələnə qədər Nazim Seyidbəyli dünyasını dəyişib.


Oxunub: 438

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.