Azərbaycanlı milyarder həyatından danışdı

 

 
"Palmali" şirkətlər qrupunun banisi və sahibi, azərbaycanlı milyarder Mübariz Mənsimovun dediyinə görə, Türkiyənin Bodrum kurortunun Yalıkavak səmtində inşa etdirdiyi "Palmarina" limanının ərazisində Parisin məşhur Yelisey Çölləri küçəsinin analoqunu tikdirəcək. Bu yay "Palmarina"da Las-Veqas və Brodveyin məşhur şoularının da nümayiş etdiriləcəyi gözlənilir.

Dunyatv.Az bildirir ki, azərbaycanlı milyarder Milliyet-ə müsahibə verib.
270 gəmidən ibarət donanması ilə Qara dənizdə neft daşımalarının 65 faizini reallaşdıran "Palmali"nin 40 ölkədəki nümayəndəlik və bölmələrində 45 min nəfər çalışır.
 
İndi "Palmali" enerji, daşınmaz əmlak və turizm sahələrində də fəallaşıb.
Bodrumdakı "Palmarina" limanında 100 hektar ərazi əyləncə sektoruna ayrılıb.
 
Las-Veqasa yollanan M.Mənsimov Las-Veqas və Brodveyin ən məşhur, bahalı şoularını Türkiyəyə gətirməyə çalışır.
Onun dediyinə görə, dünyada misli-bərabəri olmayan Bodrum belə investisiyalar vasitəsilə daha da məşhurlaşacaq.
 
"Tikdiyimiz "Palmarina" 5 ayda 45 milyon lirəlik dövriyyəyə nail oldu. Tək biz yox, Bodrum da qazandı. Əcnəbi milyarderlərin lüks yaxtaları Bodrum sahillərinə yan aldı, Bodrum Aralıq dənizində yeni limana çevrildi. İndi Yalıkavakda nəhəng, 500 milyon dollarlıq turizm kompleksinin inşasına başlayıram. Belə gedərsə, Yalıkavak Bodrumun mərkəzinə çevriləcək", - M.Mənsimov deyib.
 
- Mübariz bəy, dənizçilər yaxşı yemək bişirirlər. Mətbəxlə aranız necədir?
 
- Uzun müddət tək yaşadığım və bir dönəm gəmidə aşpazlıq etdiyim üçün xörək bişirməyi bacarıram, sevirəm. Çox çeşidli yeməklər hazırlaya bilirəm. Evdə olanda həftədə 3-4 gün özüm üçün yemək bişirirəm. Uşaqları məktəbə aparmazdan əvvəl səhər yeməyi hazırlamağı sevirəm. Yaxşı spagetti, plov bişirirəm.

- Ofisinizə girəndə 7 yaşlı oğlunuz Məcidlə qarşılaşdım. "Atan nə işlə məşğul olur?" soruşanda "Gəmiçi" dedi. Ən böyük işiniz tankerlərlə neft daşımaqdır. Boru xətləri tankerlərə rəqib deyil ki?

- Əsas fəaliyyət sahəmiz neft quyularının servisi, daşımalar, tankerlərdir. Dünyanın ilk üç yerində duran donanmamız var, limanlara malikik. Sualınıza gəldikdə isə, əsla, borular tankerlərə rəqib ola bilməz. Tarix boyu dəniz daşımaları ən ucuz, ən effektiv daşımalar olub. Bakı-Ceyhan boru kəməri ilə ildə 50 milyon ton xam neft daşınır. Bu, gəmilərə ziyan verirmi? Xeyr. Boru ilə daşımalar dəniz olmayan yerlərdən gəlir. Dəniz olmayan yerdə borular effektiv deyil. Yaxın 50 ildə tanker daşımalarının rəqibi olmayacaq.
 
- Neft daşımalarının hansı həcminə nəzarət edirsiniz?

- Qara dənizdəki neft daşımalarının 65 faizi kontrolumuzdadır.
 
- Çox gümrah görünürsünüz...
 
- Hər səhər üzürəm, qaçıram. Amma bu arada 1,5 kq kökəldim. Bodrumdakı "Palmalife" otelimizin detoks qrupu var. Qışın 3 ayında onlar İstanbulda çalışacaqlar.
Lakin onların Bodrumda çalışmalarını istəyirəm. Qış aylarında bir obyektdə 5 nəfər çalışsa belə, 300-400 adamı dolandıra bilər.
 
- Azərbaycanla Türkiyə arasında ticari əlaqələrə necə baxırsınız?

- Bu sahədə Azərbaycanın çox konkret siyasəti var. Rəsmi Bakı Türkiyənin iş adamlarının Azərbaycanda mümkün qədər çox iş görmələri, investisiya yatırmalarına şərait yaradıb. Azərbaycanın son 3 ildə Türkiyə iqtisadiyyatına yatırdığı sərmayənin ümumi həcmi isə 17 milyard dolları keçib.
 
- 13 yaşlı qızınız Nüşabəni də çox sevirsiniz...

- Həddən artıq.
 
- 15 il əvvəl Türkiyədə yaşamağa başlamış Mübariz Mənsimovla indiki Mübariz Mənsimov arasında lüks həyat baxımından nə fərq var?
 
- Bir çox türk iş adamını anlamıram. Ekonom-klassla uçurlar, buna sadə həyat deyirlər. Xeyr, əfəndim, buna simiclik deyirlər. Qazancımın 10 faizini özümə, ailəmə, dostlarıma xərcləməyi sevirəm. Lüks nədir? Yetər ki, rahat olsun, hər şeyi geyərəm.

Pendir və pomidorlu sendviç ən çox sevdiyim yeməkdir. Əvvəllər balaca təyyarədə uçurdum, indi böyük təyyarədə uçuram. Lüksdür, ya yox - mənim üçün fərqi yoxdur. Balaca təyyarədə də bir kresloda oturaram, böyük təyyarədə də. Ev? Sovet dönəmində 60 kvadrat metr sahəli evdə 9 uşaq böyüdük. Evin böyüklüyü bəxtəvərliyi təmin etməz. Ailəm razılaşarsa, balaca mənzilə köçərəm.

Suya dalmağı, dənizin altında üzməyi sevirəm.
Dünyada ən çox neft daşıyan şirkətik. İşçilərimin qayğısına qalıram ki, daha yaxşı çalışsınlar. Uğurlara təkbaşına nail olmadım. İlin sonunda mütləq mükafat paylayıram. Uşaqlarıma da deyirəm ki, yediyimiz çörək tikəsi işçilərimin sayəsindədir.
  • Müəllif: Asef
  • Tarix 28-11-2013, 22:47
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 600
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac