Dünyanın ən qəribə cərrahı: özü əlildir, amma... - FOTO

 

 
O, özü sağalmaz xəstəliyə düçar olsa da, başqalarına yardım edir, xəstələri sağaltmağa, mərəzlərə çarə tapmağa çalışır.
O, dünyanın yeganə iflic cərrahıdır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Missuri ştatındakı O-Fallon şəhərində yaşayan cərrah-ortoped, doktor Ted Rummel yeriyə bilmir.
2010-cu ildə onurğalarında kistalar yarananda o, beldən aşağı iflic qaldı. Sonra bir il davam edən ağrılı, acılı reabilitasiya dövrü oldu.
Doktor Ted diz üstə durur, ayaqlarını, baldırlarını, pəncələrini hərəkət etdirməyə çalışırdı.
Alınmadı.

"Bütün səylərimə rəğmən, ayaqlarımı hərəkət etdirə bilmədim. Anladım ki, ömrümün sonunadək iflic, əlil arabasına möhtac qalacağam. Hər insan təki, mən də seçimə malikdim. Ya belə qalmalı, ya da nə isə etməliydim. Mən "nə isə"ni seçdim. İşimə qayıtdım. Xüsusi, mənə görə hazırlanmış əlil arabası ilə hərəkət etməyə başladım, sonra da cərrahiyyə əməliyyatlarına qatıldım. İşimi davam etdirirəm. Əsas odur ki, insanlara yardım edirəm", - Ted Rummel söyləyib.

Əlil olmasına rəğmən, o, xilaskardır, çünki ən ağır travma və zədələri müalicə etməyə çalışır, pasiyentlərini ruhlandırır.
Onurğasında kavernoz gemangiomalar, yəni laxtalanmış qanla dolu "kisəcik"lərin olmasına rəğmən Ted Rummel indi "ayaqdadır".

O, gülür, pasiyentlərini ovundurur, onların könlünü alır.
 
"İflic olana qədər ildə 1000 cərrahiyyə əməliyyatı aparırdım. Xəstəlikdən sonra düşündüm ki, lənət şeytana, yoxsa həyatımın sonunadək qəmlənəcək, qüssələnəcək, kədərli yaşayacağam?! Əsla. Tanrıya şükürlər ki, mənə güc, qüvvət, iradə verdi. Hər insan taleyini həll edə bilər. Yetər ki, istəyi olsun", - Ted Rummel deyir.
 
Onun sözlərinə görə, ruhdan düşməməkdə onun ən yaxın dəstəyi və dayağı xanımı Ketrin olub.
Doktor Rummelin çalışdığı "Progress West Healthcare Center" klinikasının əməkdaşları və rəhbərliyi onu əsl qəhrəman sayırlar.
  • Müəllif: Asef
  • Tarix 28-11-2013, 19:58
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 856
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac