dunyatv.az
CANLI YAYIN

Qadın boksçumuz ermənini diz çökdürdü

20-09-2014, 11:10

 
 
Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayırlar. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.
Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0.
Milli komandamızın üzvü bu gün polşalı Sandra Krukla üz-üzə gələcək.


Oxunub: 416

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.