Azyaşlı uşaq xilas edildi

 
 
 
 
 
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb. 
 Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyytədə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının damından xüsusi alət və avadanlıqlar vasitəsilə 16-cı mərtəbədə yerləşən mənzilin eyvanına enərək daxil olublar. 
 Xilasedicilər tərəfindən köməksiz vəziyytdə qalmış azyaşlı aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:35-də başa çatıb.
  • Müəllif: sudabe
  • Tarix 21-09-2014, 17:17
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 357
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac