Avtobus aşdı:22 yaralı

 
 
 
 
 
Bu gecə saat  01:30 radələrində Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus Şəkidə yol qəzasına düşüb.DUNYATV.AZ-in ANSPRESS-ə istinadən verdiyi məlumata görə, ağır yol qəzası Şəkinin Biləcik kəndi ərazisində baş verib.Belə Şəki şəhər sakini İlham Şamil oğlu Ramazanov idarə etdiyi "Mercedes” markalı 55-BO-926 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən Biləcik kəndi ərazisində idarəetməni itirib və mikroavtobusu yolun kənarına aşırıb.Hadisəyə avtobusun qarşısına qəflətən atın çıxması səbəb olub. Mikroavtobusda toydan qayıdan Baltalı kənd sakinləri olublar. Nəticədə sərnişinlərdən 22 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.Yaralılardan nisbətən ağır olan Sədayə Əhmədova, Şakir Cəfərov, Ehtiram Əhmədov və Vüsal Paşayevin müalicəsi xəstəxanada davam etdirilir.Faktla bağlı araşdırma aparılır.
  • Müəllif: Fifi
  • Tarix 22-09-2014, 05:28
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 312
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac