Toyda qan düşdü

 
 

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 28 yaşlı Sərxan Mahmudov ötən gün saat 21:00 radələrində mərkəzi rayon xəstəxanasına gətirilib. Həkimlər bıçaq xəsarətləri almış yaralını dərhal əməliyyat otağına götürüblər. İlkin tibbi yardımdan sonra yaralar tikilib və xəstə palataya köçürülüb. Onun səhhəti orta ağır kimi qiymətləndirilir.Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm bölməsindən verilən məlumata görə, Sərxan Mahmudov yaxınlarının toy məclisində bıçaqlanıb. Ancaq onu kimin bıçaqladığı hələlik məlum deyil. Əməliyyat-istintaq qrupu bu istiqamətdə zəruri tədbirlər həyata keçirir.Bölmədən o da bildirilib ki, faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayəti işi başlanılıb və istintaq aparılır.  

 

  • Müəllif: Fifi
  • Tarix 22-09-2014, 06:08
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 400
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac