Bu gündən payız başlayır

 
 
 
 
Xalq təqvimi ilə bu gündən payız başlayıb və gecə-gündüz bərabərliyi baş verib.
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-23-də payız fəsli başlayır.Sentyabrın 22-dən payız mövsümünün başlaması ilə gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz 12 saat olmaqla sutka yarıya bölünür. Artıq bu gündən başlayaraq gecələr uzanmağa, gündüz qısalamağa başlayır.Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında payızın sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29 dəqiqədə ölkəmizə qədəm qoyacağını bildirmişdi. X.Mikayılovun sözlərinə görə, həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq. 

  • Müəllif: Fifi
  • Tarix 23-09-2014, 04:51
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 776
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac