Sumqayit 65 illiyini qeyd edir

[b][/b]
 
 
Şəhərin 65-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq sentyabrın 23-də Sumayıtda möhtəşəm şəhər günü tədbirləri keçiriləcək.

Bu il Sumqayıtın yaranmasının 65 illiyi tamam olur və bu münasibətlə şəhər günü tədbirləri yüksək əhval-ruhiyə ilə təntənəli şəkildə qeyd olunur. İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan verilən məlumata görə, Sumqayıtda veloyürüş və at yarışı keçirilib. Bununla bağlı Heydər Əliyev abidəsinin qarşısında geniş açılış mərasimi təşkil olunub. Tədbir karateçilərdən ibarət idmançı dəstələri döyüş səhnələri ilə zəngin olan nümunəvi çıxışlar ediblər. Çoxlu sayda Sumqayıt velosipedçilərinin iştirak etdiyi yarışda böyüklərlə yanaşı, kiçik yaşda uşaqlardan ibarət velosipedçilərin də yarışı keçirilib.Velosipedçilərdən sonra atçıların yarışına start verilib. Sonda qalib gələn iştirakçıların mükafatlandırma mərasimi keçirilib. Sumqayıtda veloyürüş və at yarışının keçirilməsi, tədbiri izləyən minlərlə sakininin böyük marağına səbəb olub.Xatırladaq ki, şəhərin 65-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq sentyabrın 23-də Sumayıtda möhtəşəm şəhər günü tədbirləri keçiriləcək. Sumqayıtın "Şəhər günü” bayram tədbirləri qədim Corat kəndindən başlayacaq. Burada qədim Corat qalasının yanında yaradılmış bazar meydanında şəhər gününə həsr olunmuş döyüş effektləri ilə dolu olan möhtəşəm səhnələşdirilmiş meydan tamaşası təqdim olunacaq. Bayram tədbirləri Corat qəsəbəsindən sonra Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcək. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, rayonlardan gələn kollektivərin, retro maşınların, müxtəlif nağıl personajlarının, Rusiyanın Sankt-Peterburq şəhərinin "Barabançı qızlar”ının nümunəvi çıxışları, həmçinin helikopterlərin möhtəşəm avia şousu olacaq. Bütöv bir günü əhatə edən "Şəhər günü” bayramı axşam saatlarında Azərbaycanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.


  • Müəllif: Fifi
  • Tarix 23-09-2014, 06:23
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 1 671
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac