Məşhur müğənni "Sarı gəlini" oxudu

 

 
Azərbaycan əsilli dünya şöhrətli müğənni Sami Yusuf yeni albomu ilə pərəstişkarlarını sevindirib. 
"The Centre” adlı yeni albomda Azərbaycan xalq mahnısı "Sarı gəlin”in ingiliscə versiyası da yer alıb. Müğənni ingilis və Azərbaycan dillərində ifa edilən mahnıya çəkdirdiyi yeni kilipini də təqdim edib. Klip sosial şəbəkədə ötən gün yayılıb.Qeyd edək ki, Sami Yusuf bu vaxta qədər "Ayrılıq”, "Küçələrə su səpmişəm”, "Sənə də qalmaz” Azərbaycan mahnılarını konsertlərində səsləndirib. "Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” kimi xarakterizə edilən müğənni, hətta sayca dördüncü albomu olan "Salaam” albomuna "Küçələrə su səpmişəm” mahnısını əlavə edib. Məşhur müğənni 1980-ci ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. 3 yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb. 

  • Müəllif: Fifi
  • Tarix 24-09-2014, 04:19
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 428
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac