Bakıda daha bir vahimə

 
 
 
 
Bu gecə saat 04:00 radələrində Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə hadisə şahidləri bildirilib ki, Keşlə qəsəbəsi, "Şanxay” adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb.Qəsəbə sakini Ceyhun Rzayevin dediyine görə hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu və elektrik dirəkləri sıradan çıxıb. Hadisə nəticəsində insanlar vahiməyə düşərək çölə axışıblar."Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqlədi. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib."Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb”, - deyə Nadir Əzməmmədov bildirib.
  • Müəllif: Fifi
  • Tarix 24-09-2014, 04:30
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 306
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac