Ömrünün 20 ilini həbsdə keçirdi

 
 
 
 
Bakının Xətai rayonu ərazisində polis xüsusi əməliyyat keçirib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər də 8 dəfə məhkum olunmaqla 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyev şübhəli şəxs qismində saxlanılıb.Onun üstünə baxış zamanı sandıqçasında 3 ədəd güllə olan "Makarov” markalı tapança aşkarlanaraq maddi sübut kimi götürülüb. Təxminən 2 ay əvvəl azadlığa çıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı guya bir neçə gün bundan qabaq tapıb. Elə həmin vaxtdan da üstündə gəzdirməyə başlayıb. Saxlanılan şəxs onu da bildirib ki, tapançanı satmaq niyyətində olub. Bunun üçün müştəri də axtarıb.Lakin polis əməkdaşları onu yaxaladığından istəyinə çata bilməyib.Silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini kriminalistik ekspertiza araşdırır.Faktla bağlı cinayət işi başlanıb. İstintaq saxlanılan şəxsin soyğunçuluq və oğurluq cinayətləri törətdiyini də ehtimal etdiyindən bu istiqamətdə araşdırmalar davam etdirilir.
  • Müəllif: Fifi
  • Tarix 24-09-2014, 04:39
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 463
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac