Milli komandamızdan qələbə

 
 
 
 
 

Qadınlardan ibarət voleybol yığmamız İtaliyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.ANS PRESS-in Dunyatv.az istinadən verdiyi məlumatına görə, yığmamız ilk oyununda 3 qat dünya çempionu olan Yaponiya millisinə qarşı gərgin və dramatik keçən görüşdə 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.Bundan bir qədər öncə təmsilçimizin yer aldığı D qrupunda Çin Puerto Riko yığmasını 3:0 məğlubiyyətə uğradıb.Millimizin qarşıdakı rəqibləri isə D qrupundakı rəqibləri - Çin və Puerto Riko yığmaları olacaq.Qeyd edək ki, Çin çətinlik çəkmədən Puerto-Rikonu məğlubiyyətə uğratmağı bacarıb. Asiyalılar 3 setdə qalib gəliblər - 25:23, 25:18 və 25:20.

  • Müəllif: sudabe
  • Tarix 24-09-2014, 04:56
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 401
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac