Avtobusla bağli yenilik

 
 
 
2015-ci ilə qədər avtobusların iştiraki ilə baş verən qəzaların qarşısının alınması üçün sürücü bazası yaradılacaq.
Sürücü bazasında qəza törədən sürücü barəsində məlumat toplanacaq. Əgər əvvəl sürücü bir marşrut xəttində qəza törədib, başqa bir avtobus xəttində işləyə bilirdisə, bu artıq mümkün olmayacaq. Sürücünün işləmək üçün üz tutduğu avtobus sahibkarında artıq həmin sürücü barəsində məlumat toplanacaq. Bütün bu tədbirlər avtobusların iştirakı ilə baş verən qəzaların qarşısının alınmasına yönləndirilib. Bunun nəticəsidirki ilin 8 ayı ərzində avtobusların iştiraki ilə 57 hadisə baş verib. Nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb.Görülən tədbirlərin nəticəsi olaraq avtobusların iştirakı ilə baş verən qəzalar əvvəlki illərlə müqayisədə xeyli azalıb.Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, qəzaların sayının qarşısını tam almaq mümükün deyil. Amma qəzaların qarşısını maksimum almaq üçün çalışdıqlarını deyən Namiq Həsənov sürücülərdə iş təcrübəsinə üstünlük veriləcəyini də vurğuladı.Həmçinin 2015-ci ilə qədər bütün avtobusların kart sisteminə keçəcək ki, nəticədə sürücülər stabil əmək haqqı alacaqlar. Bu zaman təbii ki, sürücülərin qarşısına qoyulan gündəlik plan da ləğv olunacaq. Bir-biri ilə az qala yarışa çıxan avtobus sürücüləri kart sisteminə keçdikdən sonra bu vərdişlərindən də əl çəkəcəklər.Nəqliyyat sahəsində olan yeniliklər bununla da bitmir. Paytaxta yeni, müasir standartlara cavab verən avtobusların da gətirilməsi gündəmdədir. Yeni gətiriləcək avtobuslardan əlillər də rahat istifadə edə biləcəklər.500-dən çox London taksisinin də gətirilməsi planlaşdırılır. İndi qalır bu yenilikləri görmək üçün 2015-ci ili gözləmək. Ona da çox az qalıb.
  • Müəllif: Fifi
  • Tarix 24-09-2014, 05:17
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 406
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac