Bakida həbsxanada nikah

 
 
Bakıdakı 3 saylı İstintaq təcridxanasında nikah mərasimi keçiriliib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətdən verilən məlumata görə, azadlıqdan məhrum edilmiş şəxslərin "ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsi ilə yanaşı, "ASAN” xidmət tərəfindən göstərilən nikahın qeydə alınması xidmətindən də yararlanmağa başlayıblar.Belə ki, Penitensiar xidmətin 3 saylı İstintaq təcridaxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
Sentyabrın 22-də təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
 

  • Müəllif: Fifi
  • Tarix 24-09-2014, 05:26
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 631
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac