Məktəb direktoru olmaq istəyənlərin nəzərinə

 
 
 

Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan direktor müavinlərinin müvafiq təlimlərdə iştirakı üçün müsabiqə elan edir.Təhsil Nazirliyindən bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdən ibarətdir.2014-cü il oktyabrın 20-dən 2015-ci il yanvarın 17-dək keçiriləcək təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcəkdir.İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika təşkil olunacaq, Təhsil Nazirliyinin əməkdaşları və təhsil ekspertləri məruzələr söyləyəcəklər.Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraqtelim@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

  • Müəllif: sudabe
  • Tarix 24-09-2014, 06:08
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 441
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac