Ağzına qədər dolu avtobus partladı

 
 
 Qaz balonunun partlaması 11 nəfərin ölümü ilə nəticələnib
 
Hindistanın şimalında ağzına qədər dolu avtobus partlayıb. Avtobusda qaz balonunun partlaması nəticəsində 11 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb.

Anspress-in məlumatına görə, insident Bulandşaxr ətrafında Uttar-Paradeş ştatında baş verib. Polis bildirib ki, sərnişinlərdən biri avtobusda özü ilə bərabər məişətdə istifədə üçün nəzərəd tutulan qaz balonu aparırmış. Hələ müəyyənləşməyən səbəblərdən balon alışıb və bundan sonra partlayış baş verib.
Zərərçəkənlərin çoxunda müxtəlif dərəcəli yanıqlar var.

Hindistan mətbuatının məlumatına görə, avtobusun nəinki içi, hətta üzəri belə sərnişinlə dolu olub. 

Qeyd edək ki, Hindistan və Pakistan avtobuslarında hökumətin mübarizəsinə baxmayaraq belə ekstrimal səyahət əsrin əvvəlindən mövcuddur.
  • Müəllif: Qumral
  • Tarix 24-09-2014, 13:18
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 426
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac