Hindistan Marsa çıxır

 
 
 
 
Hindistan planetlərarası missiyasının kosmik araşdırmaları tarixində mühüm əhəmiyyətli addım atıb. Bu səhər göyərtəsində elmi-tədqiqat aparatlarının olduğu "Manqalyan” kosmik aparatı Mars-ətrafı orbitə buraxılıb. "Manqalyan” zondu "qırmızı planet”in səthini və atmosferini tədqiq edəcək. Bununla da, Hindistan Mars missiyasını reallaşdıran ilk Asiya ölkəsi olub.
Hindistan Kosmik Araşdırmalar Təşkilatı isə NASA, Roskosmos və Avropa Kosmik Agentliyindən sonra Mars missiyasını həyata keçirən 4-cü kosmik təşkilat olub. Missiyanın uğurlu olacağı təqdirdə, Hindistan həm də Mars missiyasını birinci cəhddən uğurla həyata keçirən ilk ölkə kimi də tarixə düşəcək.
"Manqalyan” zondu başqa istiqamətlərdə də rekordlar qeydə alıb. Birincisi, o, kosmik araşdırmalar tarixində ən ucuz başa gələn missiyadır. Kiçik avtomobil ölçüsündə olan və 1,3 ton ağırlığı olan qızılı rəngli zondun özü də daxil olmaqla, bütün missiya Hindistana 76 milyon dollara başa gəlib. İkincisi, Hindistan Kosmik Araşdırmalar Təşkilatı «Manqalyan» zondunu çox qısa müddət ərzində – cəmi 15 aya hazırlayıb.
  • Müəllif: sudabe
  • Tarix 25-09-2014, 04:34
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 401
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac