Ronaldodan növbeti rekord

 
 
 
 İspaniya La Liqasının 5-ci turunda "Elçe" ilə görüşdə (5:1) poker edən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Portuqaliyalı futbolçu ardıcıl 13-cü ev matçında qol vurmaqla klub tarixinə düşüb.Ronaldo bu göstərici ilə "Real"ın sabiq futbolçusu Pahinyonu geridə qoyub. Pahinyo 1949-1950 və 1950-1951 mövsümlərində ardıcıl 12 ev matçında fərqlənməyi bacarmışdı.Bu mövsüm keçirdiyi 8 rəsmi oyunda 12 qol vuran Ronaldo "Elçe" ilə görüşdə "Real" forması ilə 25-ci het-trikini edib. 29 yaşlı futbolçu bu siyahıda 28 het-triklə ilk pillədə qərarlaşan "Real"ın əfsanəvi oyunçusu Alfredo di Stefanoya bir qədər də yaxınlaşıb. Qeyd edək ki, Ronaldo "Real"ın heyətində keçirdiyi 254 rəsmi oyunda 264 qola imza atıb. 

 
 
  • Müəllif: sudabe
  • Tarix 25-09-2014, 04:42
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 525
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac