Sumqayıtda tükürpərdən ailə dramı

[/i]
 
Başqa kişi ilə yaşadığı üçün dini nikahda olduğu arvadını və qayınanasını öldürdü 
 
 Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Hüseynov həyat yoldaşını və qayınanasını öldürüb[/i] 
 

Dunyatv.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 2013-cü ilin oktyabrın 24-də baş verib. 

Zöhrab Hüseynov boşandığı arvadı Tehranə Emiyevanın cəza çəkdiyi müddətdə Anar İsmayılov adlı şəxslə qeyri-rəsmi nikahda yaşadığını bilib və bu səbəbdən qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib.
 
O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan beş gün sonra - oktyabrın 24-də, saat 14 radələrində bıçaqla silahlanaraq Tehranə Emiyevanın yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 42 saylı evə gəlib. Zöhrab qayınanası Ədilə Əmiyevanın da orada olduğunu görüb. Buna görə də o, həm arvadını, həm də qayınanasını öldürmək qərarına gəlib. Ədilə Əmiyevanın yalvarışlarına əhəmiyyət verməyən Zöhrab Hüseynov ana və qızına çoxsaylı bıçaq zərbələri vuraraq, onları öldürüb. 

 

  • Müəllif: Qumral
  • Tarix 25-09-2014, 11:46
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 420
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac