dunyatv.az
CANLI YAYIN

"Barselona"ilə oyun öncəsi PSJ-də ciddi itki

26-09-2014, 04:56

 
 
 
 

Fransa Liqasının 7-ci turunda səfərdə "Kan"a 2:0 hesabı ilə qalib gələn PSJ klubu ciddi itki ilə üzləşib.Paris təmsilçisinin hücumçusu Esekiel Lavezzi zədələnərək sıradan çıxıb.Matçın 13-cü dəqiqəsində əvəzlənən argentinalı futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin 29 yaşlı futbolçunun zədəsi daha ciddi olacağı təqdridə Lavezzi 6 həftə komandasına kömək edə bilməyəcək. İstənilən halda futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə görüşü buraxmalı olacaq.Qeyd edək ki, bu mösüm PSJ-nin heyətində 5 oyuna çıxan Lavezzi hələlik qol hesabını aça bilməyib.


Oxunub: 928

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.