Cəlilabadda ana və iki azyaşlı qızını qəddarlıqla öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

[/b]

 

 
 
[b]Bu ilin mart ayında Cəlilabad rayonunda bir ailənin üç üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
APA-nın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quliyev Musa Mirzəkişi oğlu ömürlük olaraq azadlıqdan məhrum edilib.

Məhkəmə onun cinayəti anlaqlı şəkildə törətdiyi qənaətinə gəlib.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Cəlilabad rayonunda bir ailənin üç üzvünün qətli ilə bağlı birgə yaydığı məlumatda bildirilib ki, bu il martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.

Cəlilabad Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı aşkar edilərək götürülüb, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, əməliyyat tapşırığı verilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb.

Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M. Quliyev martın 24-də tutulub. İlkin dindirmə və ifadənin yerində yoxlanılması zamanı o, törətdiyi cinayət əməlini tam etiraf edib. M. Quliyevin yaşadığı evə baxış keçirilən zaman üzərində qanabənzər ləkələr olan paltarlar aşkar edilərək götürülüb.
  • Müəllif: Asef
  • Tarix 29-11-2013, 13:35
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 947
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac