Şeyxdən fətva: "Maşın sürən qadın şeytanla əlbirdir!"

 

 
 
Səudiyyə Ərəbistanının baş müftisi şeyx Əbdüləziz bin Abdulla yeni fətva verərək ölkədə qadınların avtomobil idarə etmələrinin yasaqlanmasını nəzərdə tutan qanunu tam dəstəklədiyini bildirib.

Dunyatv.Az Al Jazeera-ya istinadən bildirir ki, baş müftinin Mədinədə verdiyi fətvasında deyilir: "Qadınların maşın sürmələrinin yasaqlanması normal, Şəriətə uyğun qadağadır və Səudiyyə Ərəbistanında illərdən bəri qüvvədədir.

Qadınların maşın sürmələrinə icazə verilməsi ilə bağlı problem yaradılmamalı, cəmiyyəti narahat edən müzakirə kimi qələmə verilməməlidir. Yasaq qadını şərdən qoruyur, çünki maşın sürən qadın Şeytanla əlbirdir".
 
Səudiyyə Ərəbistanı qadınların avtomobil idarə etmələrinin yasaqlandığı yeganə ölkədir. Ötən ay ölkədə ən azı 16 qadın yasağı pozduqlarına görə cəzalanıblar.
  • Müəllif: Asef
  • Tarix 29-11-2013, 14:00
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 846
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac