dunyatv.az
CANLI YAYIN

Bu ölkədə kənd satılır

26-09-2014, 05:59

 
 
 
 
 
14 ev və 50 digər tikilinin də daxil olduğu kəndin ilkin qiyməti 245 min avrodur.
Amma alıcının xərci təkcə bununla bitməyəcək. Buradakı evlər acınacaqlı vəziyyətdə olduğuna görə, onların hamısı bərpa olunmalıdır. Kəndin internet vasitəsilə satılması isə sakinlərin öz qərarıdır. Onlar bu üsulla kəndi təmamilə boşalmaqdan xilas etmək istəyirlər.
Onların fikrincə, lazımi vəsait qoyulmaqla buradakı atılmış binaların yerində yeni otellər, restoran və mağazalar tikmək və kəndi turistlərin sevimli məkanına çevirmək olar.
Satışa çıxarılan kənd Turin şəhərindən 50 kilometr məsafədə, İtaliyanın məşhur "Qran Paradizo” milli parkının yaxınlığında, əla mənzərəsi olan dağlar, göllər və dərələrin əhatəsində yerləşir.
Sakinlər ümid edir ki, kəndin gözəl mənzərəsi bura çoxsaylı turistləri cəlb edəcək.


Oxunub: 519

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.